"Standard Insurance”in baş ofisinin satışına dair 5-ci hərrac keçiriləcək

"Standard Insurance”in baş ofisinin satışına dair 5-ci hərrac keçiriləcək Sentyabrın 21-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 5-ci hərrac keçiriləcək.
Maliyyə
16 Sentyabr , 2021 13:18
Standard Insurance”in baş ofisinin satışına dair 5-ci hərrac keçiriləcək

Sentyabrın 21-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 5-ci hərrac keçiriləcək.

Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün 1,575 milyon manat qiymət müəyyən olunub. Bu məbləğin 5%-i, yəni 78 750 manat beh kimi ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/tekrar-herracin-kecirilmesine-dair-elan

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi