"Standard Insurance"dan "Atasığorta"ya transfer olub

"Standard Insurance"dan "Atasığorta"ya transfer olub Qoşqar Həsənov iş yerini dəyişib
Maliyyə
11 May , 2017 12:49
Standard Insurancedan Atasığortaya transfer olub

Bakı. 11 may. REPORT.AZ/ “Atasığorta” ASC-də yeni təyinat olub.

“Report”un məlumatına görə, Qoşqar Həsənov şirkətin Sığorta xidmətləri Departamentinə direktor təyin edilib və İdarə Heyətinə üzv seçilib.

O, bundan əvvəl “Standard Insurance” ASC-nin Biznesin inkişafı Departamentinin direktoru olub və yeni vəzifəsində Ramil Abdullayevi əvəz edib.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

"Standard Insurance" isə 2002-ci ildə yaradılıb, "AB Standard" QSC-yə daxildir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi