“Standard Insurance”a məxsus əmlakın satış qiyməti 2 dəfə azaldılıb

“Standard Insurance”a məxsus əmlakın satış qiyməti 2 dəfə azaldılıb Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
Maliyyə
13 Dekabr , 2021 13:23
“Standard Insurance”a məxsus əmlakın satış qiyməti 2 dəfə azaldılıb

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.

Bu barədə “Report”a “Standard Insurance”ın ləğvetmə komissiyasından məlumat verilib.

Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 23 dekabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 977,5 min manat, behin məbləği: 9,775 min manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

977 500

9 775

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılıb.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://birjanews.az/herrac-elanlar/91

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Son xəbərlər

Orphus sistemi