SPECA ölkələrinin vahid maliyyələşmə fondunun yaradılması təklif olunur
- 22 noyabr, 2023
- 09:50
Yeniliklərdən dərhal xəbərdar olun!
SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin vahid maliyyələşmə fondu yaradılmalıdır.
“Report” xəbər verir ki, bunu Brukins İnstitutunun nümayəndəsi Yoxannes Linn bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.
"Bu gün SPECA daha çox regional standart və konvensiyalara diqqət yetirməlidir. Bəli BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən təşviq olunan nəqliyyat, yolda təhlükəsizlik, transsərhəd təhlükəsizliyi, "yaşıl enerji", havanın və suyun çirklənməsi, "yaşıl dəhliz"lər və sair konvensiyalar var ki, SPECA onları icra edir. Buna baxmayaraq regional standartların formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Lakin regional standartlar yalnız o zaman işləyəcək ki, onların maliyyə dəstəyi olsun. Əks təqdirdə bunların heç bir nəticəsi olmayacaq. Bu zaman vacib məqam sərmayənin haradan gələcəyini, tənzimləmə mexanizminin necə olacağını müəyyən etməkdən ibarətdir. Eyni zamanda sərmayə qoyulduğu zaman bununla bağlı monitorinq mexanizmi necə təşkil olunacaq. Konkret olaraq SPECA regionuna gəldikdə ölkələr öz aralarında iş birliyi qurmalıdır. Bura bankın və ya BMT-nin çətiri altında bir fondun yaradılması daxildir",- deyə o qeyd edib.
Y. Linnın sözlərinə görə, bunlar artıq indidən SPECA ölkələri tərəfindən geniş müzakirə predmetinə çevrilməlidir