Sosial Tədqiqatlar Mərkəzi (STM) 2023-cü il üzrə maliyyə nəticələrinin auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 12-nə qədər STM-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.