Azərbaycan
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı palatanın sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, ötən il 714 halda nöqsan aşkar edilib, bunlar büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları üzrə yol verilən nöqsanlardır.
“2018-ci ildə ümumilikdə 23,3 mln. manat vəsaitin bərpası təmin olunub. 904,7 min manatın DSMF büdcəsinə bərpası təmin olunub. Son 5 ildə 69,5 mln manat vəsaitin dövlət büdcəsinə, 2,6 mln. manat vəsaitin isə DSMF büdcəsinə bərpası təmin olunub. Ümumilikdə, 5 il ərzində 72,1 mln. manat vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub.”, - V.Gülməmmədov əlavə edib.