Son 12 ildə Rusiyanın Çinə ixracı ilk dəfə idxalı üstələyib

Son 12 ildə Rusiyanın Çinə ixracı ilk dəfə idxalı üstələyib Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya 2018-ci ilin nəticələrinə görə, Çin ilə ticarətdə netto-ixracatçı olub.
Maliyyə
11 Fevral , 2019 10:50
Son 12 ildə Rusiyanın Çinə ixracı ilk dəfə idxalı üstələyib
0 : 00
0 : 00

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya 2018-ci ilin nəticələrinə görə, Çin ilə ticarətdə netto-ixracatçı olub.

"Report" xəbər verir ki, bunu Rusiya Federal Gömrük Xidmətinin (FGX) statistikasından görmək olar.

Ötən il Çinə ixrac idxalı 3,9 milyard dollar üstələyib. Sonuncu dəfə belə hal 2006-cı ildə qeydə alınıb. Ondan sonra ticarət balansı Rusiya üçün mənfi saldoda olub.

Ötən il Çinlə ticarət dövriyyəsi 25% artaraq 108 milyard dollara çatıb. Rusiyanın əsas ixrac məhsulları yanacaq və neftdir.

Qeyd edək ki, Rusiya Baş naziri Dmitri Medvedev ötən ilin noyabr ayında Çinə səfəri zamanı qarşılıqlı ticarət həcminin 200 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi