Şolts qlobal maliyyə böhranı təhlükəsi barədə xəbərdarlıq edib

Şolts qlobal maliyyə böhranı təhlükəsi barədə xəbərdarlıq edib Almaniya Kansleri Olaf Şolts Çinin kasıb, xüsusən də Afrikadakı ölkələrə geniş şəkildə kredit verməsi fonunda qlobal iqtisadi və maliyyə böhranı təhlükəsi barədə xəbərdarlıq edib.
Maliyyə
28 May , 2022 05:09
Şolts qlobal maliyyə böhranı təhlükəsi barədə xəbərdarlıq edib

Almaniya kansleri Olaf Şolts Çinin kasıb ölkələrə, xüsusən də Afrikadakı bəzi dövlətlərə geniş şəkildə kredit verməsi fonunda qlobal iqtisadi və maliyyə böhranı təhlükəsi barədə xəbərdarlıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu fikri Ştutqartda keçirilən tədbirdə bildirib.

Kansler qeyd edib ki, Almaniya əvvəlki səhvləri təkrarlamamaq üçün Paris Klubu adlanan qrupun üzvü olan Qərb kreditor ölkələri ilə addımlarını koordinasiya edir və onları kreditlə bağlı məlumatlandırır.

“Ən böyük ambisiyalarımızdan biri Çini yeni sxem üzrə çoxlu kreditlər verən ölkələr siyahısına daxil etməkdir. Çinin dünya üzrə verdiyi və çox oyunçu olduğuna görə həqiqətən də nəzarət edə bilmədiyi kreditlərdən qaynaqlanacaq növbəti böyük borc böhranının yaşanması riski var”, - Almaniyanın hökumət başçısı söyləyib.

“Bu, həm Çini, həm də qlobal Cənubu böyük iqtisadi və maliyyə böhranına sürükləyəcək və yumşaq desək, dünyanın qalan hissəsinə mütləq təsir edəcək. Bu vəziyyəti dəyişdirmək olduqca problemlidir”, - o deyib. Kansler, həmçinin “Qlobal portal” (“Global Gateway”) Avropa investisiya proqramına da diqqət yetirib.

Avropa İttifaqı (Aİ) “Qlobal portal” investisiya layihəsini Çinin “Bir kəmər - bir yol” təşəbbüsünə qarşı mübarizə vasitəsi kimi düşünüb. Aİ öz dəyərlərini təbliğ etmək, əsas resurslara çıxış əldə etmək və öz texnologiyalarını və “yaşıl keçid” konsepsiyasını təbliğ etmək üçün Asiya və Afrika dövlətlərinin böyük investisiyalarından istifadə etmək niyyətindədir. Aİ-nin Afrikadakı infrastruktur layihələrinə təxminən 150 milyard avro ayıracağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi