Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi yaxın vaxtlarda 20% arta bilər.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu Fransanın nüfuzlu "Societe Generale" bankının analitikləri veriblər.
Proqnozda bildirilib ki, dolların möhkəmlənməsinə səbəb kimi Türkiyə-ABŞ münasibətlərinin pozulması, türk maliyyə aktivlərinin real gəlirliliyinin azalması və daxili siyasətdə qeyri-müəyyənliklər göstərilib.
Bankın ekspertləri 3 aylıq call-opsiyaları 4,35 TRY/USD hədəfi ilə almağı, həmçinin lirəni rubla qarşı satmağı məsləhət görüblər.
Xatırladaq ki, hazırda Türkiyənin nağd valyuta bazarında dolların məzənnəsi 3,70 lirə təşkil edir.