SOCAR yeni istiqrazlarının buraxılış tarixini elan edib

SOCAR yeni istiqrazlarının buraxılış tarixini elan edib Şirkət uzunmüddətli və çoxsaylı müraciətləri, böyük tələbatı nəzərə alaraq, bu il sentyabrın 20-də daxili bazar üçün yeni istiqrazlar buraxılacaq
Maliyyə
17 May , 2021 10:04
SOCAR yeni istiqrazlarının buraxılış tarixini elan edib

Dövlət Neft Şirkəti (SOCAR) investorların ünvanladığı uzunmüddətli və çoxsaylı müraciətləri, böyük tələbatı nəzərə alaraq, bu il sentyabrın 20-də daxili bazar üçün yeni istiqrazlar buraxılacaq.

"Report" bu barədə SOCAR-ın törəmə şirkəti - "SOCAR Capital" MMC-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Azərbaycan vətəndaşlarına növbəti dəfə gəlirli və etibarlı investisiya imkanı təqdim edən SOCAR, 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atıb, bu kağızların təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyə qədər ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub–saxlayıb.

100 milyon dollarlıq emissiya olunmuş ilk istiqrazlara tələbat iki dəfədən artıq oldu və hazırda təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan 200 milyon dollar təşkil etməkdədir. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə etmiş olacaq.

Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dolları, hər birinin nominal qiyməti 1 000 dollar müəyyən olunub. İllik faiz dərəcəsi 4,5%-dir və faizlər rüblük ödəniləcək.

SOCAR İstiqrazlarına abunə yazılışı sentyabrın 20-dən başlayacaq və 10 gün davam edəcək. Abunə yazılışında həm vətəndaşlarımız, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcəkdir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.)

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq. Ətraflı məlumat üçün *19 99 və socarcapital.az

Son xəbərlər

Orphus sistemi