SOCAR istiqrazlarının sahiblərinə növbəti faizlər ödənilib

SOCAR istiqrazlarının sahiblərinə növbəti faizlər ödənilib Ümumilikdə isə, 19-cu faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dolları gəlir gətirib
Maliyyə
17 İyul , 2021 10:32
SOCAR istiqrazlarının sahiblərinə növbəti faizlər ödənilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının sahiblərinə növbəti faizlər ödənilib.

"Report" bu barədə “SOCAR Capital” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 % olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min ABŞ dollarlıq növbəti faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

5 ilə yaxındır ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin üçüncü, ümumilikdə isə, 19-cu faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dolları gəlir gətirib. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 23 milyon 750 min ABŞ dollara yüksəlib (toplam gəlir 25 milyon ABŞ dolları olacaq.)

Təkrar bazar əməliyyatları həcminin 200 milyon ABŞ doların ötməsi, bağlanmış əqd sayının 2 500–ə çatması və "Bakı Fond Birjası" QSC-də ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları, 2021-ci ilin ilk yarısında bağlanmış əqdlərin sayına görə ölkənin korporativ istiqraz bazarında 73 %-lik paya sahib olub.

SOCAR istiqrazlarının növbəti və sonuncu kupon ödənişi cari ilin 17 oktyabr tarixində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi