SOCAR istiqrazlarının 10-cu faiz ödənişi həyata keçirilib

SOCAR istiqrazlarının 10-cu faiz ödənişi həyata keçirilib Bu gün dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının sayca 10-cu faiz ödənişi edilib.
Maliyyə
17 Aprel , 2019 12:44
SOCAR istiqrazlarının 10-cu faiz ödənişi həyata keçirilib

Bu gün dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının sayca 10-cu faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata əsasən, bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12,500 mln. dollara yüksəlib. Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,250 mln. dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüldüyü bildirilib.

2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 12,500 mln. dollar qazanmış olacaqlar (toplamda 25 mln. dollar).

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 mln. dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlib.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının bu gün ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış olub.

İstiqrazlar üzrə növbəti faiz ödənişi 17 iyul tarixində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi