SOCAR istiqrazları ilə bağlı 1 mln. dollarlıq əqd qeydə alınıb

SOCAR istiqrazları ilə bağlı 1 mln. dollarlıq əqd qeydə alınıb 950 qiymətli kağızın hər biri 1 013 dollardan realizə edilib
Maliyyə
9 Yanvar , 2017 17:11
SOCAR istiqrazları ilə bağlı 1 mln. dollarlıq əqd qeydə alınıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının alqı-satqısı ilə bağlı 3 əqd qeydə alınıb. Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqdlər hər biri 950, 50 və 8 ədəd olmaqla ümumilikdə 1 008 SOCAR istiqrazının təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Birinci əqd üzrə 950 qiymətli kağızın hər biri 1 012,98 dollardan realizə edilib ki, bu da sövdələşmənin ümumi dəyərinin 962 331 dollar olması deməkdir. Qalan 58 istiqraz isə 1 012,75 dollardan alınıb-satılıb. Yəni, bu üç əqdin umumi dəyəri 1 021 075,5 dollar olub.

Qeyd edək ki, SOCAR istiqrazlarının alqı-satqısı üzrə market-meyker fəaliyyətini “PSG-Kapital” investisiya şirkəti həyata keçirir. Bu gün həmin şirkət müəssisənin 1 səhmini 1 011 dollardan alıb, 1 015 dollardan satıb. Görünən odur ki, sövdələşmə predmeti olan istiqrazlar “PSG-Kapital”a deyil, birbaşa investora satılıb.

SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

Son xəbərlər

Orphus sistemi