SOCAR istiqrazları bahalaşır

SOCAR istiqrazları bahalaşır Buna səbəb faiz ödənişlərinin yaxınlaşmasıdır
Maliyyə
4 Aprel , 2017 10:59
SOCAR istiqrazları bahalaşır
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı istiqrazların qiyməti sürətlə artır.

Bu barədə “Report”a qiymətli kağızların təkrar bazarı üzrə market-meyker olan “PSG Kapital” investisiya şirkətindən bildirilib.

Məlumata görə, hazırda SOCAR istiqrazlarını 1007-1008 dollara satmaq, 1012,5 dollara almaq olar.

Xatırladaq ki, nominal qiyməti 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və yaxud ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə - 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) bu il yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

“PSG Kapital” şirkətindən o da bildirilib ki, istiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Bəzi alıcılar gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə mart ayında təkrar bazarda 8,3 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.

Hazırda bu istiqrazlar Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. İndiyədək təkrar bazarda 66 milyon dollarlıq istiqraz alınıb-satılıb ki, bu da ölkə üzrə bütün istiqrazların 2/3 hissəsi deməkdir. 

İngilis versiyası SOCAR bonds price going up

Son xəbərlər

Orphus sistemi