SOCAR bu il büdcəyə 1,135 mlrd. manatdan çox vəsait ödəyib
Maliyyə
- 08 oktyabr, 2015
- 07:56
Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında dövlət büdcəsinə 136,487 mln. manat vəsait ödəyib. "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayından 6,6% azdır.
Bu ilin yanvar-sentyabr aylarında isə SOCAR büdcəyə 1 135,245 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövründən 19% azdır.
Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,788 mln. manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 1,2% çox olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 104,223 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 3% azdır.
Son xəbərlər
23:22
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Region23:05
Foto
Adil Kərimli Xalq yazıçısı Anarla ədəbi prosesin inkişafını müzakirə edib
Mədəniyyət siyasəti22:53
Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb
Region22:28
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
Region22:22
"Suriya Demokratik Qüvvələri"nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq
Digər ölkələr22:21
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Dünya Kubokunun qalibi olub
Fərdi22:18
Paolo Maldini İtaliya Futbol Federasiyasında texniki direktor vəzifəsindən ayrılıb
Futbol22:09
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək
Digər ölkələr21:52
Foto