"Sizin Lombard" 6 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 21 avqust, 2025
  • 17:22
Sizin Lombard 6 milyon manatlıq istiqraz buraxır

Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən “GL” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 6 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 6 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması investorla qarışılıqlı razılıq əsasında ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti