Azərbaycanın lombard şirkəti 2 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 08 fevral, 2024
  • 10:56
Azərbaycanın lombard şirkəti 2 milyon manatlıq istiqraz buraxır

Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar birqiymətli təklif üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 - Tezliklə