Daha bir sığorta şirkəti "Yaşıl Kart" sığortaçılarının Reyestrinə daxil edilib

Daha bir sığorta şirkəti "Yaşıl Kart" sığortaçılarının Reyestrinə daxil edilib Bu, "İpək Yolu Sığorta" sığorta şirkətidir
Maliyyə
154
21 Dekabr , 2015 18:52
Daha bir sığorta şirkəti Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkəti olan “İpək Yolu Sığorta” ASC "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib. "Report" bu barədə İSB-yə istinadən xəbər verir.

Bildirək ki, bundan əvvəl "Azsığorta”, “Meqa Sığorta”, “AtaSığorta”, “AXA-Mbask”, "Xalq Sığorta", “Paşa Sığorta”, “Standard Insurance” və “Azərbaycan Sənaye Sığorta” ASC həmin reyestrə daxil olub.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 50.2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil olmalıdır.

Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 2015-ci il dekabrın 21-dək müvafiq reyestrə daxil olmaq üçün İSB-yə müraciət etməlidir. Əks halda həmin sığortaçının 2016-cı il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi