Şirin Əliyeva: ​"Paşa Bank" strategiyasını dəyişməyib"

Şirin Əliyeva: ​"Paşa Bank" strategiyasını dəyişməyib" "Paşa Bank" əmək haqqı kartı olan müştərilərinə yeni xidmətlər göstərməyə başlayır
Maliyyə
12 Fevral , 2016 13:00
Şirin Əliyeva: ​Paşa Bank strategiyasını dəyişməyib

Bakı. 12 fevral. REPORT.AZ/ Hazırkı makroiqtisadi vəziyyətə baxmayaraq,  "Paşa Bank" ASC inkişaf stretagiyasını dəyişməyib. "Report"un verdiyi xəbərə görə, bu barədə "Paşa Bank"ın İdarə Heyətinin üzvü Şirin Əliyeva məlumat verib.

"Bizim yeni strategiyamız 2015-ci ildə təsdiq olunub. Hazırkı makroqiatisadi vəziyyətə baxmayaraq, strategiya olduğu kimi qalır. Biz əsasən iri korporativ, orta və kiçik sahibkarlığa dəstək, maliyyələşdirmə proqramlarının həyata kerçirilməsini davam etdiririk. Bundan başqa, "Private Banking"in inkişafı da davam etdirilir. Strategiyada ciddi dəyişikliklər yoxdur. Yalnız bazarın dəyişməsini nəzərə alaraq, artıq təhlil zamanı və müştərilərlə əlaqələrdə riskləri daha da artıq səviyyədə nəzərə alaraq maliyyələşdirməni davam etdiririk. Həmçinin, ticarətin maliyyələşdirilməsi istiqamətində fəaliyyətimiz davam edir", - deyə Bank rəsmisi qeyd edib.

Ş.Əliyeva bildirib ki, "Paşa Bank" tərəfindən buraxılmış əmək haqqı kartlarına sahib olan müştərilərə Bank yeni xidmət növləri göstərməyə başlayır.

"Əsas istiqamət olaraq korporativ sektor qalır. Lakin bir neçə müştərilərimiz var ki, onların əmək haqqı layihələrini biz həyata keçiririk. Məhz bu əmək haqqı kartlarına sahib olan müştəri bazasına bu il depozit, kredit və s. bu kimi yeni xidmət növləri göstərməyə başlayırıq. Bu bizim üçün yeni istiqamət olacaq. Məhz "Paşa Bank" tərəfindən buraxılmış əmək haqqı kartlarına sahib olan müştərilərə fərdi bankçılıq xidmətlərini göstərəcəyik", - deyə Ş.Əliyeva əlavə edib.

Son xəbərlər

Orphus sistemi