“Sinopec”in illik xalis mənfəəti 13 % azalıb

“Sinopec”in illik xalis mənfəəti 13 % azalıb Çinin “China Petroleum Chemical Corp.” (Sinopec) neft-qaz şirkətinin 2023-cü ilin sonuna xalis mənfəəti 13 %, gəliri isə 4 % azalıb.
Maliyyə
25 Mart , 2024 13:11
“Sinopec”in illik xalis mənfəəti 13 % azalıb

Çinin “China Petroleum & Chemical Corp.” (Sinopec) neft-qaz şirkətinin 2023-cü ilin sonuna xalis mənfəəti 13 %, gəliri isə 4 % azalıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, buna neft-qaz qiymətlərinin aşağı düşməsi səbəb olub.

Şirkətin xalis mənfəəti bir il öncəki 66,9 milyard yuandan 58,31 milyard yuana (8,07 milyard ABŞ dolları) düşübsə, illik gəlir 3,32 milyard yuandan 3,21 milyard yuana (445,2 milyon ABŞ dolları) düşüb.

2023-cü ildə şirkət neft və qaz hasilatını 3,1 % artıraraq 504,09 milyon barel neft ekvivalentinə çatdırıb. Qaz hasilatı 7,1 % artaraq 1,34 trilyon kub fut olubsa, neft hasilatı faktiki olaraq dəyişməz qalıb və 281,1 milyon barel təşkil edib. Neft emalının həcmi 6,3 % artaraq 258 milyon tona çatıb.

“Sinopec” rəhbərliyi əsaslı xərcləri 2023-cü ildəki 176,8 milyard yuandan bu il 173 milyard yuana (23,9 milyard ABŞ dolları) düşəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi