“Silkway Insurance”in xalis mənfəəti 17% artıb

“Silkway Insurance”in xalis mənfəəti 17% artıb Bakı. 23 oktyabr. REPORT.AZ/
Maliyyə
23 Oktyabr , 2017 10:07
“Silkway Insurance”in xalis mənfəəti 17% artıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Silkway Insurance” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 43,726 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 0,2% azdır.

Son 1 ildə “Silkway Insurance”in cəmi öhdəlikləri 10,6% azalaraq 16,964 mln. manata düşüb, cəmi kapitalı isə 7,75% artaraq 26,761 mln. manata çatıb.

Bu ilin yanvar-sentyabr aylarında “Silkway Insurance”in cəmi gəlirləri 19,369 mln. manat (1 il əvvələ nisbətən 5,1% az), cəmi xərcləri isə 16,999 mln. manat (7,75% az) təşkil edib. Bununla da, şirkətin maliyyə və xalis mənfəəti 2,37 mln. manat olub ki, bu da illik müqayisədə 16,7% çoxdur.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi