“Silkway Insurance”in aktivləri 24% artıb

“Silkway Insurance”in aktivləri 24% artıb “Silkway Insurance” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 38,525 mln. manat təşkil edib
Maliyyə
26 Yanvar , 2017 15:29
“Silkway Insurance”in aktivləri 24% artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ “Silkway Insurance” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 38,525 mln. manat təşkil edib. 

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 23,5% çoxdur.

“Silkway Insurance” aktivlərinin 99,3%-ni və yaxud 38,271 mln. manatını qısamüddətli aktivlər, 0,7%-ni və yaxud 254 min manatını uzunmüddətli aktivlər təşkil edib. İl ərzində qısamüddətli aktivlərdə 27,9% artım, uzunmüddətli aktivlərdə isə 80,2% azalma qeydə alınıb.

2016-cı ildə “Silkway Insurance”in cəmi öhdəlikləri 63,8% artaraq 13,759 mln. manat olub. Şirkət uzunmüddətli öhdəliklərini 81,2% artırdığı halda, qısamüddətli öhdəliklərini 100% azaldıb.

Hesabat dövründə Şirkətin cəmi kapitalı isə 8,6% artaraq 24,766 mln. manata çatıb.

Ötən il “Silkway Insurance” cəmi gəlirləri 29,3% azalaraq 23,484 mln. manat, cəmi xərcləri isə 28,8% azalaraq 19,184 mln. manat olub. Beləliklə, Şirkətin maliyyə mənfəəti 4,3 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 31,6% azdır.

“Silkway Insurance” 860 min manat mənfəət vergisi ödəyib və 2016-cı ili 3,44 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi