"Silk Vey Holdinq" və şirkətlərinin nizamnamə kapitalı azaldılır - YENİLƏNİB

"Silk Vey Holdinq" və şirkətlərinin nizamnamə kapitalı azaldılır - YENİLƏNİB İlk xəbər 09:04-də verilib
Maliyyə
22 İyun , 2020 12:12
Silk Vey Holdinq və şirkətlərinin nizamnamə kapitalı azaldılır - YENİLƏNİB

İlk xəbər 09:04-də verilib

"Silk Vey Holdinq" MMC və ona daxil olan 3 şirkət - "Silk Vey Vest Aviaşirkəti", "Silk Way Aviaşirkəti" və "Silk Vey Development" MMC-lər nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, kommersiya qurumlarının kapitalındakı azalmanın nə qədər olacağı açıqlanmayıb.

Xatırladaq ki, hazırda holdinqin nizamnamə kapitalı 46,1 milyon manat, digər 3 şirkətin nizamnamə kapitalı isə müvafiq olaraq 173,4 milyon manat, 97 milyon manat və 77,3 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi