Azərbaycanda "Sığortalı gələcək” təşviqat proqramının II mərhələsi start götürüb

Azərbaycanda "Sığortalı gələcək” təşviqat proqramının II mərhələsi start götürüb Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”na əsasən “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN Könüllülük Məktəbi” çərçivəsində həyata keçirilən “Sığortalı gələcək” adlı təşviqat proqramının II mərhələsinə başlayıb.
Maliyyə
31 Oktyabr , 2019 11:36
Azərbaycanda Sığortalı gələcək” təşviqat proqramının II mərhələsi start götürüb

Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”na əsasən “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN Könüllülük Məktəbi” çərçivəsində həyata keçirilən “Sığortalı gələcək” adlı təşviqat proqramının II mərhələsinə başlayıb. 

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, ilk mərhələdə olduğu kimi, proqram könüllülərin sığorta sferasında təcrübə qazanmasını, bu sahədə praktiki bacarıqlara yiyələnməsini və könüllülərin dəstəyi ilə sığortaya ictimai marağın artırılmasını nəzərdə tutur.

Proqramda iştirak etmək hüququ qazanmış könüllülər 2 həftəlik təlim kursunda iştirak edəcək, sonrakı mərhələdə isə Bakıda yerləşən “ASAN xidmət” mərkəzlərində quraşdırılmış “Sığorta məlumat mərkəz”lərində insanların sığorta ilə bağlı məlumatlılığının artırılması, bu sahədə vətəndaş məmnunluğunun ölçülməsi, müxtəlif sorğuların keçirilməsi, həmçinin müxtəlif təşviqat materiallarının insanlar arasında paylanması istiqamətində müddətli fəaliyyət göstərərəklər.

Xatırladaq ki, “Sığortalı gələcək” təşviqat proqramına 21 avqust 2019-cu il tarixində start verilib və proqramın ilk mərhələsində 40-dan çox könüllü iştirak edib. Bildiririk ki, növbəti ildən regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərində də sığorta könüllülərinin fəaliyyətinin təşkil edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi