​Sığortaçılarda rəhbər işçilər üçün imtahan keçiriləcək

​Sığortaçılarda rəhbər işçilər üçün imtahan keçiriləcək İmtahanlarda rəhbər işçi vəzifələrinə namizədlər və lisenziya almaq istəyən fiziki şəxslər iştirak edə bilər
Maliyyə
1864
27 Fevral , 2016 10:30
​Sığortaçılarda rəhbər işçilər üçün imtahan keçiriləcək

Bakı. 27 fevral. REPORT.AZ/ Martın 2-də sığortaçılarda rəhbər işçi vəzifələrinə növbəti test imtahanı keçiriləcək. Bu barədə "Report"a Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

Məluamta görə, imtahanlar “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq keçiriləcək.

İmtahanlarda sığortaçılarda rəhbər işçi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər iştirak edə bilər.

İmtahan üçün sənədləri DSNX-yə tam təqdim olunmuş şəxslər martın 1-i saat 12:00-dək Xidmətə eletron poçt vasitəsilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya şəxsin təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Son xəbərlər

Orphus sistemi