Sığortaçılar bu həftə imtahan verəcəklər

Sığortaçılar bu həftə imtahan verəcəklər Müraciətlər fevralın 17-də daat 12:00-dək davam edəcək
Maliyyə
15 Fevral , 2016 19:34
Sığortaçılar bu həftə imtahan verəcəklər

Bakı. 15 fevral. REPORT.AZ/ Sığortaçılarda rəhbər işçi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün fevralın 18-də növbəti test imtahanı keçiriləcək.

"Report" bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən xəbər verir. 

İmtahan üçün sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər fevralın 17-də saat 12:00-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə [email protected] vasitəsilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya şəxsin təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Son xəbərlər

Orphus sistemi