“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilib

“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilib Bu barədə "Report"a hökumətdən məlumat verilib
Maliyyə
9 Fevral , 2021 18:47
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilib

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar olunduqda, əmək müqaviləsinin müddəti bitdikdə işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.

Bu barədə "Report"a hökumətdən məlumat verilib.

Bildirilib ki, buna əsasən “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarında dəyişikliklər olunub.

Son xəbərlər

Orphus sistemi