SİF: Azad edilmiş ərazilərdə 10 layihə üzrə güzəştli kredit ayrılıb

SİF: Azad edilmiş ərazilərdə 10 layihə üzrə güzəştli kredit ayrılıb Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ildən indiyədək Azərbaycanın azad edilmiş ərazilərində 10 layihəni maliyyələşdirilməsi üçün 21,6 milyon manat güzəştli kredit ayrılıb.
Maliyyə
10 Sentyabr , 2024 12:23
SİF: Azad edilmiş ərazilərdə 10 layihə üzrə güzəştli kredit ayrılıb
Osman Xaliyev

Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ildən indiyədək Azərbaycanın azad edilmiş ərazilərində 10 layihəni maliyyələşdirilməsi üçün 21,6 milyon manat güzəştli kredit ayrılıb.

Bunu “Report”a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.

“İşğaldan azad edilmiş ərazilərdə investisiya layihələri həyata keçirən sahibkarlara iki istiqamətdə dəstək göstərilir. Birinci istiqamət güzəştli kreditlərin verilməsidir. Yəni Fond güzəştli maliyyə vəsaitini əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara çatdırır. Fond 2022-ci ildən bəri bu istiqamətdə maliyyələşdirməni həyata keçirir”, - o vurğulayıb.

O. Xaliyevin sözlərinə görə, ikinci istiqamət sahibkarların işğaldan azad olunmuş ərazilərdə reallaşdıracaqları investisiya layihələrinə cəlb edəcəkləri kommersiya kreditləri üzrə Fond tərəfindən 90 %-dək zəmanətin təqdim edilməsi və eyni zamanda faiz dərəcəsinin 10 faiz bəndinin subsidiyalaşdırılmasını ehtiva edir.

Osman Xaliyev ilə müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi