Ötən il Azərbaycanda səyyar vergi yoxlamaları ilə dövlət büdcəsinə 466 milyon manat daxil olub

Ötən il Azərbaycanda səyyar vergi yoxlamaları ilə dövlət büdcəsinə 466 milyon manat daxil olub Bakı. 20 fevral. REPORT.AZ/ 2018-ci ildə 1707 səyyar vergi yoxlaması təyin edilib, 1703-ü başa çatdırılıb.
Maliyyə
2788
20 Fevral , 2019 11:05

Bakı. 20 fevral. REPORT.AZ/ 2018-ci ildə 1707 səyyar vergi yoxlaması təyin edilib, 1703-ü başa çatdırılıb. 

“Report” Vergilər Naziliyinə istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə yoxlamaların sayı 3,3 dəfə azalıb. Belə ki, hər 1000 aktiv fəaliyyət göstərən ödəyicədən 4-də səyyar yoxlama aparılıb, bu isə 0,4% göstəricidir.

Yoxlamaların sayının azalması ilə əlaqədar hesablanmış əlavə vəsaitin məbləği azalsa da auditin keyfiyyətinin artırılması və hərtərəfli aparılması nəticəsində bir yoxlamaya düşən əlavə vəsait 2 dəfə artaraq 136,3 min manatdan 273,5 min manata çatıb.

Ümumiyyətlə, 2018-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 465,7 mln. manat təşkil edib ki, bu da 2017-ci ildəkindən 1,7 dəfə azdır. 

Qeyd edək ki, 2017-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 787,8 mln. manata bərabər olub.  

Son xəbərlər

Orphus sistemi