Sərhəddə fırıldaqçılığa qarşı "Yaşıl Kart"

Sərhəddə fırıldaqçılığa qarşı "Yaşıl Kart" Saxta "Yaşıl Kart"larla dələduzluq hallarını qarşısını almaq üçün, problemi kökündən həll etmək üçün bütün "Yaşıl Kart" sistemində rəqəmsal "Yaşıl Kart" tətbiq edilməlidir.
Maliyyə
14 Mart , 2022 17:48
Sərhəddə fırıldaqçılığa qarşı Yaşıl Kart
Mehmet Akif Eroğlu

"Saxta "Yaşıl Kart"larla dələduzluq hallarının qarşısını almaq üçün, problemi kökündən həll etmək üçün bütün "Yaşıl Kart" sistemində rəqəmsal "Yaşıl Kart" tətbiq edilməlidir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında Yaşıl Kart sistemləri üzrə inteqrasiya protokolunun imzalanması mərasimində Türkiyə Motorlu Taşıt Bürosunun direktoru Mehmet Akif Eroğlu deyib.

"Saxta "Yaşıl Kart"larla sürücülərə qarşı dələduzluq halları qeydə alınır. Bu dələduzluq hallarına görə məsul şəxslər ciddi təzminatlar ödəyirlər", - A. Eroğlu bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Bürolar Şurası nəzdində işçi qrup yaradılıb: "Başda Azərbaycan olmaqla Yunanıstan və Bolqarıstan kimi qonşu ölkələrlə əməkdaşlıq edirik. Sərhəddə rəqəmsal "Yaşıl Kart" nəzarət sistemi tətbiq edilərkən saxtakarlığın qarşısı alınacaq. Artıq Azərbaycanda həyata keçirilən layihəmiz başa çatmaq üzrədir. Bu gün Bakıda rəqəmsal "Yaşıl Kart" nəzarət sisteminin təqdimatını keçirtdik".

Qeyd edək ki, son zamanlar İSB-yə “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən bir çox məlumatlar daxil olur. Öz növbəsində İcbari Sığorta Bürosu vətəndaşların diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın “Yaşıl Kart”ını yalnız “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bu şirkətlərin siyahısı İSB-nin rəsmi internet səhifəsində mövcuddur və qanunun tələbinə əsasən mütəmadi olaraq rəsmi mətbuat orqanlarında dərc edilir.

Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya prosesi tamamlandıqdan sonra Azərbaycana məxsus avtomobil Türkiyənin gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyədə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsi ilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizə saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə daxilolmaların qarşısını alacaq.

İcbari Sığorta Bürosunun təşəbbüsü ilə Azərbaycan və Türkiyə Respublikaları arasında həyata keçirilən inteqrasiya Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.

Son xəbərlər

Orphus sistemi