Sentyabrda gömrük rüsumları üzrə büdcə daxilolmaları 1%-dən çox azalıb

Sentyabrda gömrük rüsumları üzrə büdcə daxilolmaları 1%-dən çox azalıb Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 243,67 mln. manat vergi və rüsum daxil olub
Maliyyə
6 Oktyabr , 2017 17:15
Sentyabrda gömrük rüsumları üzrə büdcə daxilolmaları 1%-dən çox azalıb
Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 243,67 mln. manat vergi və rüsum daxil olub.

"Report" DGK-ya istinadən xəbər verir ki, bu, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 16,02 mln. manat və yaxud 7% çoxdur.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği isə illik müqayisədə 807 min manat və yaxud 1,4% azalaraq 56,165 mln. manata çatıb. 

ƏDV üzrə daxilolmaların həcmi 15,987 mln. manat və yaxud 10% artaraq 176,287 mln. manat, aksizlər üzrə daxilolmaların həcmi isə 113,5 min manat və yaxud 1,4% azalaraq 7,839 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 953,9 min manat və yaxud 39,3% artaraq 3,38 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi