Sentyabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb

Sentyabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb Bakı. 29 oktyabr. REPORT.AZ/ 2018-ci il oktyabrın 1-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.
Maliyyə
29 Oktyabr , 2018 14:04
Sentyabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb
Report

Bakı. 29 oktyabr. REPORT.AZ/ 2018-ci il oktyabrın 1-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, hesabat dövründə bankların AMB-dəki müxbir hesablarında 2 mlrd. 408,5 mln. manat olub. Bu, sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 305 mln. manat və ya 14,5% artıb.

Ümumiyyətlə, ilin əvvəlindən bankların AMB-də müxbir hesabları 376,3 mln. manat və ya 18,52% artıb, son 1 ildə isə 306,6 mln. manat və ya 11,29% azalıb.    

Son xəbərlər

Orphus sistemi