​Sentyabrda Azərbaycanda ərzaq məhsulları 3% bahalaşıb

​Sentyabrda Azərbaycanda ərzaq məhsulları 3% bahalaşıb Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki səviyyədə qalıb
Maliyyə
10 Oktyabr , 2014 11:17
​Sentyabrda Azərbaycanda ərzaq məhsulları 3% bahalaşıb
Bakı. 10 oktyabr. REPORT.AZ/ Cari ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ay ərzində buğda unu, qarabaşaq yarması, toyuq əti, yumurta, günəbaxan və qarğıdalı yağları, alma, nar, üzüm, şabalıd, balqabaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, düyü, makaron, mal və qoyun əti, balıq məhsulları, kolbasa məmulatları, kərə yağı, limon, portağal, banan, şaftalı, gavalı, qarpız, yemiş, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, göy lobya, çuğundur, kök, sarımsaq, baş soğan, kartofun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi