Mərkəzi Bankın sədri Dünya Bankının yeni regional direktorunu qəbul edib

Mərkəzi Bankın sədri Dünya Bankının yeni regional direktorunu qəbul edib Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə sabiq regional direktoru xanım Mersi Tembon və yeni regional direktoru Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.
Maliyyə
3 İyun , 2019 16:22
Mərkəzi Bankın sədri Dünya Bankının yeni regional direktorunu qəbul edib
Elman Rüstəmov / Elman Rüstəmov

Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə sabiq regional direktoru xanım Mersi Tembon və yeni regional direktoru Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib. 

Bu barədə “Report”a Mərkəzi Bankın Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə xanım M.Tembon regional direktor vəzifəsində çalışdığı zaman DB tərəfindən Azərbaycanda görülmuş işlər barədə məlumat verib. Sonra DB-nin Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktorunu təqdim edərək onun DB-nin fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəyə malik olduğunu qeyd edib.

Öz növbəsində, sədr E.Rüstəmov Dünya Bankının ölkəmizlə 25 ildən çox olan əməkdaşlığı dövründə inkişafın bütün istiqamətlərində Dünya Bankından Azərbaycana göstərilmiş hərtərəfli maliyyə, təşkilati, texniki və intellektual dəstəyin əhəmiyyətini qeyd edib. E.Rüstəmov bu istiqamətdə xanım Tembonun DB-nin Cənubi Qafqaz ölkələri üzrə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti də yüksək qiymətləndirib.

E.Rüstəmov yeni regional direktor Molineusa Azərbaycanda həyata keçirəcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul və məzənnə siyasəti məsələləri və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Həmçinin E.Rüstəmov qlobal və regional iqtisadi çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri xanım Tembon son illərdə Azərbaycan hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm səylərin göstərildiyini qeyd edib. O, DB-nin Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Eyni zamanda əminliyini bildirib ki, yeni regional direktor Molineus ilə də faydalı əməkdaşlıq həyata keçiriləcəkdir.

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Orphus sistemi