"Sberbank" rəhbəri yeni sanksiyaların gözlənilən effektindən xəbərdar edib

Maliyyə
  • 25 dekabr, 2017
  • 08:45
Sberbank rəhbəri yeni sanksiyaların gözlənilən effektindən xəbərdar edib

Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ 2018-ci ildə Rusiya əleyhinə yeni sanksiyalarını tətbiq edəcəyi təqdirdə "soyuq müharibə bunun yanında uşaq əyləncəsi olacaq". "Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bunu "Sberbank"ın rəhbəri German Qref "Financial Times" qəzetinə müsahibəsində bildirib.

G.Qref qeyd edib ki, Rusiya dövlət banklarının SWIFT beynəlxalq hesablaşmalar sistemindən uzaqlaşdırılması səmərəsiz fikirdir. Bu ideya xarici siyasətçilər tərəfindən çox müzakirə edilib və Avropa Parlamentinin qətnaməsində də yer alıb.

Qeyd edək ki, Rusiyaya, özəlliklə dövlət müəssisələrinə qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı təşəbbüsün ABŞ Konqresində 2018-ci ilin fevral ayında müzakirə edilməsi gözlənilir.