İyulun 22-də ABŞ-ın Nyu-York fond birjasında Çinin ən böyük taksi xidməti “Didi”nin səhmləri 9,5% ucuzlaşıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, səhmlərin dəyər itirməsi Çinin tənzimləyici orqanlarının “Didi”yə qarşı görünməmiş həcmdə cərimə tətbiq etməyə hazırlaşması barədə xəbərlər fonunda baş verib.
Məlumata görə, şirkətə qarşı bəzi əməliyyatların dayandırılması, dövlət investorunun cəlb edilməsi, Nyu-York fond birjasından məcburi delistinq və “Didi”nin amerikan səhmlərinin geri çağrılması kimi bir sıra mümkün sanksiyalar nəzərdən keçirilir.
Tez-tez “Çinin Uber”i adlandırılan “Didi”yə qarşı nəzərdə tutulan sanksiyalar “Alibaba”ya tətbiq olunandan daha kəskin ola bilər. Belə ki, uzun müddət davam edən antiinhisar təhqiqatından sonra “Alibaba” apreldə 2,8 milyard ABŞ dolları məbləğində rekord cərimə ödəməli olub.