Samir Şərifov: “Müvafiq maliyyələşdirmə olmadan iqlim gündəliyini irəli aparmaq mümkün deyil”

Samir Şərifov: “Müvafiq maliyyələşdirmə olmadan iqlim gündəliyini irəli aparmaq mümkün deyil” Düzgün maliyyələşdirmə və vəsaitlərin ayrılması olmadan iqlim gündəliyini irəli aparmaq mümkün olmayacaq.
Maliyyə
4 May , 2024 17:26
Samir Şərifov: “Müvafiq maliyyələşdirmə olmadan iqlim gündəliyini irəli aparmaq mümkün deyil”

Düzgün maliyyələşdirmə və vəsaitlərin ayrılması olmadan iqlim gündəliyini irəli aparmaq mümkün olmayacaq.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.

“İqlim gündəliyini inkişaf etdirməklə bağlı çoxsaylı müzakirələr gedir. Artıq çox iş görülüb, amma daha çox iş görməliyik. Ən vacib məsələlərdən biri də təbii ki, maliyyələşdirmədir”, - o bildirib.

Nazirin sözlərinə görə, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan Dubayda keçirilən COP28-in müsbət nailiyyətlərinə əsaslanacaq.

O, həmçinin vurğulayıb ki, Azərbaycan iqlim gündəliyini irəli aparmaq üçün beynəlxalq konsensusa nail olmağa ümid edir.

Son xəbərlər

Orphus sistemi