Samir Şərifov: “Dövlət zəmanətləri fiskal dayanıqlılığa problem yaratmır”

Samir Şərifov: “Dövlət zəmanətləri fiskal dayanıqlılığa problem yaratmır” “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət istiqrazlarını Azərbaycan Mərkəzi Bankının alması üçün onlara dövlət zəmanət verilib. Bu, zəmanət verdiyimiz ən böyük borcdur”.
Maliyyə
129
10 Noyabr , 2021 15:11
Samir Şərifov: “Dövlət zəmanətləri fiskal dayanıqlılığa problem yaratmır”
Samir Şərifov

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət istiqrazlarını Azərbaycan Mərkəzi Bankının alması üçün onlara dövlət zəmanəti verilib. Bu, zəmanət verdiyimiz ən böyük borcdur”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

“9,5 milyard manatlıq bu borc uzun müddətə, illik cəmi 0,5%-lə götürülüb və ona verdiyimiz zəmanət bizim fiskal dayanıqlığımız üçün problem yaratmır. Eyni söz digər borclara da aiddir. 2-ci böyük zəmanət “Cənub Qaz Dəhlizi” QSC-nin aldığı 5 milyard manatlıq borca görə verilib. Boru kəmərinin tikintisi zamanı risklərin olduğunu nəzərə alan kreditorlar dövlət zəmanətinin verilməsini şərt kimi qoymuşdular. Lakin hazırda kəmər istismardadır, Türkiyə və Avropaya qaz nəql edir və borca xidmət göstərilməsində problem yoxdur.

Həmçinin Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna 800 milyon manatlıq zəmanət verilib. Bu zəmanət bəzi kommersiya banklarının müflis olması ilə əlaqədardır ki, əmanətçilərə pullar qaytarılsın. Əlavə olaraq Dövlət Neft Şirkəti (SOCAR), “Azərenerji” ASC və “Azərbaycan Dəmir Yolları” QSC-nin də aldıqlara borclara ümumilikdə 2 milyard manaqlıq dövlət zəmanəti verilib və onlar da fiskal dayanıqlılığa problem yaratmır”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi