Şahmar Mövsümov: “Bankların vətəndaşlara güzəşt etməsi könüllüdür”

Şahmar Mövsümov: “Bankların vətəndaşlara güzəşt etməsi könüllüdür” “Azərbaycan banklarının kredit ödənişlərində vətəndaşlara güzəşt etməsi, gecikmələri nəzərə almaması, onları cərimə etməməsi könüllüdür, insanlara yardım etmək məqsədi daşıyır”
Maliyyə
8 Avqust , 2020 12:09
 Şahmar Mövsümov: “Bankların vətəndaşlara güzəşt etməsi könüllüdür”

“Azərbaycan banklarının kredit ödənişlərində vətəndaşlara güzəşt etməsi, gecikmələri nəzərə almaması, onları cərimə etməməsi könüllüdür, insanlara yardım etmək məqsədi daşıyır”

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Ola bilər ki, kimlərsə ödəniş imkanı ola-ola vəziyyətdən sui-istifadə edir, banklar da bunu biləndə təbii ki, həmin şəxslərə qarşı tədbirlər görürlər”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi