AMB: Hazırladığımız "yaşıl maliyyə" taksanomiyası 80 ölkə ilə razılaşdırılıb

AMB: Hazırladığımız "yaşıl maliyyə" taksanomiyası 80 ölkə ilə razılaşdırılıb Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı "yaşıl maliyyə" taksanomiyası dünyanın 80 ölkəsi ilə razılaşdırılıb.
Maliyyə
18 Oktyabr , 2024 12:33
AMB: Hazırladığımız yaşıl maliyyə taksanomiyası 80 ölkə ilə razılaşdırılıb
Şahin Mahmudzadə

Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı "yaşıl maliyyə" taksanomiyası dünyanın 80 ölkəsi ilə razılaşdırılıb.

"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə qurumun təşkilatçılığı ilə keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda deyib.

Onun sözlərinə görə, hazırda dünyanın 48 ölkəsində taksanomiya var və onlar bir-birindən fərqlidir: "Məsələn "x" ölkəsi üçün "yaşıl" olan bir şey "y" ölkəsi üçün "yaşıl" olmaya bilər. Bu da, qlobal səviyyədə sərhədlərarası tranzaksiyalar üçün çətinliklər yaradır".

Ş. Mahmudzadə qeyd edib ki, bununla bağlı Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq edir.

"110 ölkəni birləşdirən vahid taksanomiya prinsiplərinin hazırlanması üzərində işləyirik. Hazırda taksanomiya ilə bağlı 80 ölkə ilə razılaşdırılma aparılıb. Ancaq COP29 çərçivəsində ən azı 110 ölkəni birləşdirəcək sənədin altına imzanın atılmasını hədəfləyirik. Bütün dünya üçün vahid taksanomiya ola bilməz. Aydındır ki, hər ölkənin özünün coğrafi və iqtisadi reallıqları var. Lakin bənzər eyni prinsiplər üzrə qurulmuş və eyni xüsusiyyətlərə sahib olan taksanomiyaların qlobal səviyyədə bir-birini tanımağı əsas məqsədlərimizdən biridir. Bu da o deməkdir ki, əgər bu keçərli olsa və implementasiyası olunsa, gələcəkdə bizim yerli banklar xaricdən bu istiqamətdə daha rahat vəsait cəlb edə biləcək", - AMB-nin baş direktoru hesab edir.

O əlavə edib ki, Mərkəzi Bankın iqtisadi sektorun, xüsusən də bank sektorunun risklərini rəqəmsallaşdırmaq, yəni riyaziləşdirmək niyyəti var: "Bunun əsasında sonradan müəyyən requlyativ çərçivənin gətirilməsini nəzərdə tuturuq. Amma yenə də nə requlyativ çərçivə olursa olsun, bu tək Mərkəzi Bankın yox, digər dövlət orqanları ilə paralellik təşkil etməklə hansısa uğurdan danışa bilərik".

Son xəbərlər

Orphus sistemi