Sahil Babayev: "Azərbaycan MDB məkanında alıcılıq qabiliyyətinə görə liderdir"

Sahil Babayev: "Azərbaycan MDB məkanında alıcılıq qabiliyyətinə görə liderdir" 2019-cu ildən bəri ölkə prezidentinin təsdiq etdiyi sənədlər fonunda minumum əmək haqqı 2,5 dəfə artıb. Azərbaycan alıcılıq qabiliyyətinə görə ümumi göstəricilərlə MDB məkanında birinci yerdədir.
Maliyyə
2 İyun , 2023 12:34
Sahil Babayev: Azərbaycan MDB məkanında alıcılıq qabiliyyətinə görə liderdir

2019-cu ildən bəri ölkə prezidentinin təsdiq etdiyi sənədlər fonunda minumum əməkhaqqı 2,5 dəfə artıb. Azərbaycan alıcılıq qabiliyyətinə görə ümumi göstəricilərlə MDB məkanında birinci yerdədir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında - "2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin müzakirəsində bildirib.

"Nominal statistikaya görə isə ikinci yerdəyik. Məşğulluğa nəzər salsaq, 4 ay ərzində 18 min şəxs işlə təmin edilib. Son beş ildə isə 1 milyon vətəndaşımız müxtəlif məşğulluq proqramlarına cəlb olunub. Əmək müqavilələrinin bağlanmasında da ciddi artıma nail olmuşuq. 450 mindən çox əmək müqaviləsinin bağlanmasına şahid olmuşuq",- deyə nazir bildirib.

"Ölkəmizdə pandemiyanın təsirinin azalması fonunda ölüm sayının azalması müşahidə olunur. Eyni zamanda müsbət demoqrafik dəyişiklik çərçivəsində anadan olan uşaqların sayı artır. Sosial sahədə aparılan islahatların nəticəsi olaraq ölkədə bu sahə durmadan inkişaf edir", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi