Sahibkarlığın İnkişafı Fondu kapital bazarına 200 milyon manat pul qoyacaq

Sahibkarlığın İnkişafı Fondu kapital bazarına 200 milyon manat pul qoyacaq İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlar bazarında əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası üzrə açıq tender elan edib.
Maliyyə
17 İyun , 2021 16:34
Sahibkarlığın İnkişafı Fondu kapital bazarına 200 milyon manat pul qoyacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlar bazarında əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 120 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 9-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 19-u, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 310-23-02.

Tenderin nəticəsi iyulun 22-də, saat 15:00-da Portalda açıqlanacaq. Qalib investisiya şirkəti Fonda 3 il müddətində xidmət göstərəcək. Bu müddətdə Fond 200 milyon manat məbləğində sərbəst vəsaitini kapital bazarına yönəldərək repo əməliyyatlarından gəlir əldə etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi