Sabah Türkiyədə qiymət artımı ilə mübarizə proqramı açıqlanacaq

Sabah Türkiyədə qiymət artımı ilə mübarizə proqramı açıqlanacaq Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi sabah qiymət artımı ilə mübarizə proqramını açıqlamağı planlaşdırır.
Maliyyə
8 Oktyabr , 2018 14:10
Sabah Türkiyədə qiymət artımı ilə mübarizə proqramı açıqlanacaq
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi sabah qiymət artımı ilə mübarizə proqramını açıqlamağı planlaşdırır.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə nazir Berat Albayrak məlumat verib.

“Tərəfdaşlarımızla münasibətlərdəki güclü koordinasiya və əməkdaşlıq hesabına bütün çətinliklərə qalib gəldik. Sabah açıqlayacağımız inflyasiya ilə mübarizə proqramı ilə isə bu dayanıqlılığı qorumağa davam edəcəyik”, - o bildirib.

Nazir həmçinin Türkiyə Banklar Birliyinin kredit ödənişlərində güzəştlə bağlı qəbul etdiyi tövsiyyə xarakterli qərarı da təqdir edib. Qərarda 15 mln. lirəyə qədər bank borclarının 6 ay güzəşt müddəti olmaqla, 24 ay müddətinə geri qaytarılması nəzərdə tutulur. 

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı bildirib ki, Türkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi