Sabah MBNP-da imtahan olacaq

Sabah MBNP-da imtahan olacaq Sığorta şirkətlərində akturai işləmək istəyənlər imtahan verəcək
Maliyyə
24 Noyabr , 2016 14:47
Sabah MBNP-da imtahan olacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) inzibati binasında sabah, saat 10:00-da sığorta şirkətlərində aktuari işləmək istəyənlər üçün imtahan keçiriləcək. 

Bu barədə "Report" MBNP-dan bildirilib.

Məlumata görə, imtahan “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları"nın 4.1-ci bəndinə əsasən baş tutacaq. Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur. 

İmtahan verəcək şəxslər aşağıdakılardır:

1) Tamella Rəfail qızı Əhmədova;

2) Afət Oqtay qızı Həsənova;

3) Aidə Fəxrəddin qızı Abdurəhmanova;

4) Elçin Nizami oğlu Əsədzadə.

Son xəbərlər

Orphus sistemi