S&P Rusiyadan pul köçürmələrinin Azərbaycanda bank depozitlərinə təsirini açıqlayıb

S&P Rusiyadan pul köçürmələrinin Azərbaycanda bank depozitlərinə təsirini açıqlayıb Azərbaycan diasporunun pullarının Rusiyadan repatriasiyası Azərbaycanın bank sektorunda fiziki şəxslərin əmanətlərinin artmasına mühüm töhfə verib.
Maliyyə
12 Oktyabr , 2022 13:33
S&P Rusiyadan pul köçürmələrinin Azərbaycanda bank depozitlərinə təsirini açıqlayıb

Azərbaycan diasporunun pullarının Rusiyadan repatriasiyası Azərbaycanın bank sektorunda fiziki şəxslərin əmanətlərinin artmasına mühüm töhfə verib.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasında deyilir.

"Ancaq bu, müvəqqəti təsir ola bilər, çünki depozit artımının sonradan 2022-ci ildən əvvəlki səviyyələrə qayıtması ehtimalı var", - S&P bəyan edib

Agentliyin araşdırmasına görə, Rusiya vətəndaşlarının Azərbaycana köçürülməsi və ya Rusiyadakı Azərbaycan diasporunun Rusiyadan Azərbaycana vəsait köçürməsi ilə bağlı bəzi təsdiqlənməmiş məlumatlar olsa da, bunun makroiqtisadi effekti hələlik ciddi deyil.

"Bununla belə, fiziki şəxslərin əmanətləri 2021-ci ilin eyni dövründəki 5 %-ə qarşı, bu ilin 7 ayında 17 % artım nümayiş etdirib", - S&P qeyd edir.

Son xəbərlər

Orphus sistemi