S&P: "Qlobal özəl və vençur kapitalı bazarında əməliyyatların dəyəri 62 %-dək azalıb"

S&P: "Qlobal özəl və vençur kapitalı bazarında əməliyyatların dəyəri 62 %-dək azalıb" Bu ilin yanvar ayında özəl və vençur kapitalı ilə qlobal əməliyyatların həcmi və dəyəri azalıb.
Maliyyə
17 Fevral , 2023 13:26
S&P: Qlobal özəl və vençur kapitalı bazarında əməliyyatların dəyəri 62 %-dək azalıb

Bu ilin yanvar ayında özəl və vençur kapitalı ilə qlobal əməliyyatların həcmi və dəyəri azalıb.

“Report” bu barədə “S&P Global Market Intelligence”ə istinadən xəbər verir.

Məlumata görə, yanvarda sövdələşmələrin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 41,56 milyard ABŞ dolları və ya 62,1 % azalaraq 25,32 milyard ABŞ dolları təşkil edib.

Sövdələşmələrin sayı isə 742 vahid və ya 44,6 % azalaraq 921-ə enib. Hesabat dövründə birbaşa və vençur investisiyaları kapitalı bazarında sövdələşmələrin həcminə və dəyərinə görə ilk pillədə Şimali Amerika (320 əməliyyat; 12,39 milyard ABŞ dolları) qərarlaşıb. Onu Asiya-Sakit okean (285 əməliyyat; 6,53 milyard ABŞ dolları), Avropa (269 əməliyyat; 5,22 milyard ABŞ dolları) regionu və digər ölkələr (47 əməliyyat; 1,19 milyard ABŞ dolları) izləyib.

Yanvarda aparılan əməliyyatların 30,4 %-i texnologiya, media və telekommunikasiya sektorunun, 24,5 %-i sənaye, 15,2 %-i səhiyyə sektorunun payına düşüb. Eyni dövrdə əmlak sektoru istisna olmaqla, bütün sektorlarda sövdələşmələrin dəyəri azalıb.

Son xəbərlər

Orphus sistemi