S&P-nin "PAŞA Bank"ın reytinqi üzrə proqnozu "Mənfi"dir

S&P-nin "PAŞA Bank"ın reytinqi üzrə proqnozu "Mənfi"dir Bakı. 17 yanvar. REPORT.AZ Standard & Poor`s (S&P) beynəlxalq reytinq agentliyi PAŞA Bank ASC-nin uzunmüddətli və qısamüddətli reytinqlərini ВВ-/В səviyyəsində təsdiqləyib.
Maliyyə
17 Yanvar , 2019 12:18
S&P-nin PAŞA Bankın reytinqi üzrə proqnozu Mənfidir

Bakı. 17 yanvar. REPORT.AZ "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi "PAŞA Bank" ASC-nin uzunmüddətli və qısamüddətli reytinqlərini "ВВ-/В" səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, agentliyik "PAŞA Bank"ın reytinqlər üzrə proqnozunu "Mənfi"  qiymətləndirib.

Agentlik reytinqlər üzrə proqnozunun neqativ olmasını Türkiyədə iqtisadi vəziyyətin bankın bu ölkədəki törəməsinin fəaliyyətinə təsiri ilə əlaqələndirib: "Bu qərar qəbul olunarkən bankın Türkiyədə fəaliyyət göstərməsi nəzərə alınıb. Belə ki, qarşıdakı 12-18 ay ərzində Türkiyədə iqtisadi risklər bankın bu ölkədəki törəməsinin biznes sabitliyinə və aktivlərin keyfiyyətinə təsir edə bilər”.

Buna baxmayaraq, S&P ekspertləri hesab edirlər ki, bank Azərbaycan bazarında mövqeyini genişləndirməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi