“S&P” Azərbaycanın kredit reytinqlərini təsdiqləyib

“S&P” Azərbaycanın kredit reytinqlərini təsdiqləyib Dünən “S&P Global Ratings” Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionundakı suveren, regional və yerli hökumətlər üçün reytinq və proqnozlarına yenidən baxıb.
Maliyyə
24 İyul , 2021 11:45
“S&P” Azərbaycanın kredit reytinqlərini təsdiqləyib

“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və reytinqlər üzrə proqnozunu “Sabit” olaraq saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in hesabatında deyilir.

Dünən “S&P Global Ratings” Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionundakı suveren, regional və yerli hökumətlər üçün reytinq və proqnozlarına yenidən baxıb.

“Kredit reytinqlərinin yarımillik icmallarını icmallarını nəzərdən keçirdik. Yarımillik icmalda “S&P Global Ratings” cari kredit reytinqlərini ən son emitent/buraxılış effektivliyi məlumatları, eləcə də bazardakı son dəyişikliklər ilə müqayisə edir. EMEA regionundakı suveren, regional və yerli hökumətlər üçün yarımillik icmallarımızın dövrülüyü suveren təqvimimizdən asılıdır. Nəticələrdən asılı olaraq, yarımillik yoxlamalarımız kredit reytinqinin baxılması üçün komitəyə verilməsinə gətirib çıxara bilər. Yarımillik icmal müddətində nəzərdən keçirilən əsas reytinq drayverləri və ya faktorları təşkilat üçün nəşr olunan son yenilənmiş araşdırmada mövcuddur”, - məlumatda deyilir.

Xatırladaq ki, yanvar reytinqində Azərbaycanın reytinqlərinə dair proqnoz “Mənfi”dən “Sabit”ə dəyişmişdi.

Son xəbərlər

Orphus sistemi