S&P Azərbaycanın kredit reytinqini təsdiqləyib

S&P Azərbaycanın kredit reytinqini təsdiqləyib "S&P Global Ratings" Azərbaycanın kredit reytinqinə növbəti dəfə 2021-ci ilin yanvar ayında baxacaq
Maliyyə
1645
25 Oktyabr , 2020 14:01
S&P Azərbaycanın kredit reytinqini təsdiqləyib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kredit reytinqinin proqnozu "sabit"dən "mənfi"yə düşdü.

“Azərbaycan maliyyə, tədiyə balansı və artım göstəricilərin üzərindəki mənfi təsirlərin qarşısını alaraq, hərbi münaqişə və uzunmüddətli qeyri-müəyyənlikləri azaltdıqdan sonra, kredit reytinqi üzrə proqnoz "sabit"ə yüksələ bilər", - "S&P Global Ratings" bəyan edib.

Qeyd edək ki, agentlik Azərbaycanın kredit reytinqinə növbəti dəfə 2021-ci ilin yanvar ayında baxacaq.

Son xəbərlər

Orphus sistemi