“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib Bu il Azərbaycanda nominal ümumi daxili məhsul (ÜDM) istehsalı 129,34 milyard manata və ya 76,08 milyard ABŞ dollarına çatacağı gözlənilir.
Maliyyə
18 Aprel , 2024 20:00
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

Bu il Azərbaycanda nominal ümumi daxili məhsul (ÜDM) istehsalı 129,34 milyard manata və ya 76,08 milyard ABŞ dollarına çatacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib. Real ifadədə ÜDM artımı 1,5 % səviyyəsində proqnozlaşdırılır.

Reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ilin sonuna Azərbaycanda adambaşına düşən ÜDM-nin 7 364,82 ABŞ dollarına yüksələcək. Bu göstəricinin real artımı 0,5 % səviyyəsində proqnozlaşdırır.

"S&P"nin inflyasiya ilə bağlı gözləntilələri 3,5 % səviyyəsindədir.

Bundan başqa, bu il Azərbaycanda investisiya qoyuluşları 15,84 % artaraq ÜDM-in 3 %-nə çatacağı gözlənilir.

Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % (2023-cü ildəki 1,1 %-ə qarşı), orta illik inflyasiyanı isə 5,3 % (8,8 %) səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi